23 Noyabr 2019
22 Noyabr 2019
Bu rayonda həkimlərin maaşı artırıldı - 50 faiz...
Bu rayonda həkimlərin maaşı artırıldı -50 faiz... CƏMİYYƏT 19:36 2019-10-31

Noyabrın 1-dən Şahbuz rayonunda icbari tibbi sığorta tətbiq ediləcək.

Unikal.org xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla Şahbuz Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. Bundan başqa, Şahbuz Rayon Mərkəzi Xəstəxanası işçilərinin aylıq vəzifə maaşları 2019-cu il noyabrın 1-dən 50 faiz artırılır.