23 Noyabr 2019
22 Noyabr 2019
UNEC-də akademikin 110 illik yubileyi qeyd edilib - FOTO
UNEC-də akademikin 110 illik yubileyi qeyd edilib -FOTO CƏMİYYƏT 20:17 2019-10-31

UNEC-də görkəmli ədəbiyyatşünas və tənqidçi alim, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunan tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli, AMEA-nın Ədəbiyyat İnstitutunun alimləri və universitetin professor-müəllim heyəti iştirak edib.

Rektor Ədalət Muradov Azərbaycan Prezidenti İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından söz açaraq, dövlətimizin elm, mədəniyyət və incəsənət xadimlərinə olan diqqət və qayğısından danışıb. Dövlətin gücünün onun yetişdirdiyi şəxsiyyətlərlə ölçüldüyünü deyən rektor, həmin ziyalıların dəyərli fikilərinin və elmə verdiyi töhfələrin gənc nəslə ötürülməsinin böyük mənəvi əhəmiyyət daşıdığını bildirib. O, Məmməd Cəfər Cəfərovun ədəbi-bədii irsi ilə yanaşı, ölkəmizin ictimai-siyasi inkişafında da zəngin irsə malik olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan estetik fikir və ədəbi tənqidinin görkəmli nümayəndəsi Məmməd Cəfər Cəfərovun elmi fəaliyyətindən söz açıb. Bildirib ki, görkəmli alim Azərbaycan ədəbiyyatının tarixinə və nəzəriyyəsinə həsr olunan samballı əsərlərin, aktual ədəbi, estetik və pedaqoji problemlərə aid dəyərli kitabların müəllifidir. M.C.Cəfərovun bədii yaradıcılıqla da məşğul olduğunu vurğulayan akademik, onun universal ədəbiyyatşünaslıq məktəbinin yaradıcısı, eyni zamanda Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının elmi-nəzəri konsepsiyasının  banisi olduğunu deyib.

“Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli görkəmli alimin ədəbiyyat tariximizin öyrənilməsində əvəzsiz xidmətlərindən söz açıb. Onun Nizami Gəncəvidən, Məhəmməd Füzulidən başlayaraq Hüseyn Cavidə, Səməd Vurğuna qədər söz sərrafları haqqında apardığı tədqiqatların ədəbiyyat tariximizin öyrənilməsində böyük əhəmiyyət daşıdığını bildirib.

Sonra AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmməd “Məmməd Cəfər Cəfərov və klassik irs” mövzusunda çıxış edib. O, görkəmli alimin Azərbaycanın ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrdən bəhs edib.

Tədbirin sonunda AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli müəllifi olduğu kitabları UNEC-in 24/7 kitabxanasına hədiyyə edib.


  • UNEC-də akademikin 110 illik yubileyi qeyd edilib -FOTO
  • UNEC-də akademikin 110 illik yubileyi qeyd edilib -FOTO
  • UNEC-də akademikin 110 illik yubileyi qeyd edilib -FOTO
  • UNEC-də akademikin 110 illik yubileyi qeyd edilib -FOTO
  • UNEC-də akademikin 110 illik yubileyi qeyd edilib -FOTO
  • UNEC-də akademikin 110 illik yubileyi qeyd edilib -FOTO
  • UNEC-də akademikin 110 illik yubileyi qeyd edilib -FOTO