ABŞ Konqresinin aşağı palatası Prezident Donald Trampın impiçmenti məsələsi üzrə demokratların başlatdığı təhqiqat prosedurunu dəstəkləyən qətnaməni bəyənib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, qətnamənin lehinə 232, əleyhinə 196 qanunverici səs verib.

Trampın impiçmenti məsələsinə baxılarkən partiya mənsubiyyəti üzrə fikir ayrılığı yaranıb. Belə ki, respublikaçılar qətnamənin əleyhinə (194 səs, 3 nəfər səsvermədə iştirak etməyib), demokratlar lehinə (231 nəfər, 1 nəfər səsvermədə iştirak etməyib) səs veriblər. Demokratlarla birlikdə daha bir müstəqil qanunverici də qətnaməni dəstəkləyib.