23 Noyabr 2019
22 Noyabr 2019
Bakıya 458 yeni lift gətirildi
Bakıya 458 yeni lift gətirildi CƏMİYYƏT 09:17 2019-11-01

Bakıya 458 yeni lift gətirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Unikal.org-a verilən məlumata görə, Almaniya Federativ Respublikasının "Wittur Holding GMBH" şirkəti ilə imzalanmıış müqavilə əsasında bu il 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. İlk işlər pilot layihəsi kimi Nizami rayonunda başlanıb, sonradan isə bu işlər digər rayonlarda davam etdirilib.

Hazırda müqavilədə nəzərdə tutulan 542 ədəd liftin 458-i artıq Bakıya gətirilib. Bu günə kimi 162 ədəd lift quraşdırılaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən qeydiyyata alınıb və istismarına icazə verilib. Hazırda paytaxtın Nizami, Qaradağ, Xətai, Nərimanov, Binəqədi, Sabunçu, Yasamal və Nəsimi rayonlarında 296 ədəd yeni liftin quraşdırılması işləri aparılır.

“Lifttəmir” İstehsalat Birliyi tərəfindən eyni zamanda istismar müddəti bitməyən liftlərin də təmir işləri aparılır. Liftlərə texniki xidmət göstərilməsi işlərini daha da yaxşılaşdırılması üçün vahid dispetçer məntəqəsi yaradılır, işçi personalın texniki biliklərinin artırılması üçün əlavə işlər görülür.

Yeni liftər müasir elekton sistemlə təchiz olunmuş, elektrik xətlərində açılma zamanı YPS sistemi movcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur. Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlibası ilə işarələnib.

Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlərin dəyişdirilməsi gələn ildə də davam etdiriləcək və yeni liftlər alınaraq istismar müddəti ötən digər liftlərin də dəyişdirilməsi aparılacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


  • Bakıya 458 yeni lift gətirildi