Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev Elnur Şahbaz oğlu Rzayevi Xaçmaza və Anar Aqil oğlu Tağıyevi  Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib.

Unikal.org-un məlumatına görə, artıq hər iki yeni icra başçısını kollektivə Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.

Hər iki yeni icra başçısının təqdimat tədbirində icra hakimiyyəti aparatının kollektivi, idarə rəhbərləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.