23 Noyabr 2019
22 Noyabr 2019
Prezidentin TV-də baxıb, narazı olduğu MƏKTƏB (Video)
Prezidentin TV-də baxıb, narazı olduğuMƏKTƏB (Video) CƏMİYYƏT 10:56 2019-11-01

Dünən Prezident İlham Əliyev Xaçmaz və Yevlaxa təyin olunan yeni icra başçıları ilə görüşdə Şamaxıda bir məktəbin yararsız vəziyyətdə olduğunu açıqlamışdı. Ölkə başçısı bu barədə mediadan xəbər tutduğunu qeyd edib:

"Son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o günləri televizorda baxıram ki, məktəb binasının yarısı uçubdur, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçibdir, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır".

Prezident növbəti dəfə mediaya müraciət edib: "Mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam". 

Unikal.org  Prezidentin bəhs etdiyi, ARB kanalında yayımlanan sözügedən reportajı təqdim edir: