Bakıda itkin düşmüş 2 qadın və 1 kişi tapılıb.

Unikal.org-un xəbərinə görə, hər üç itkindüşmə faktı paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 

Belə ki, rayonun Puşkin küçəsində yaşayan 1950-cı il təvəllüdlü H.Məmmədova oktyabrın 26-da mənzilindən çıxıb və bir daha geri qayıtmayıb.

Onun yaxınlarının hüquq-mühafizə orqanları əməkdaşlarına müraciətindən sonra Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Məmmədova oktyabrın 31-də tapılaraq ailəsinə təhvil verilib.

Bundan başqa, İ.Sadıqova və L.Rzayev də Nizami rayonu ərazisində yaşadıqları ayrı-ayrı evlərdən çıxıb və bir daha geri qayıtmayıblar.

Bu barədə onların yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs oktyabrın 31-də tapılaraq ailəsinə təhvil veriliblər.

Hər üç faktla bağlı araşdırma aparılır.