ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə iyulun 25-də baş tutan telefon danışığının mətnini canlı yayımda oxuyacağını deyib.

Unikal.org xəbər verir ki, ABŞ Prezidenti bu barədə “Washington Examiner” jurnalına bildirib.

“Bu telefon danışığı çox normal idi. Yəqin ki, mən canlı televiziya yayımında qeyri-formal çıxış edərək bu telefon danışığının mətnini oxuyacağam, çünki insanlar bunu eşitməlidir”, o deyib.Qeyd edək ki, Ukrayna və ABŞ prezidentləri arasında olan bu telefon danışığı Donald Trampa qarşı ABŞ Konqresində başladılan impiçment prosesinin mərkəzində dayanır.