Türkiyənin məşhur film və teatr aktrisası Demet Akbağ qatıldığı verilişlərin birində heç vaxt öpüşmə səhnəsinə çəkilmədiyini söyləyib.  

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, verilişdə səmimi açıqlamalar verən Akbağa ötən  həftələrdə Kerem Bursindən sonra gündəm olan "Sarımsaq yedikdən sonra öpüşmə səhnəsi çəkilmə" sualı soruşulub. 

Demet Akbağın cavabı isə hər kəsi bir xeyli təəccübləndirib:

"Bu tip iy verən meyvə-tərəvəz aktyor və aktrisaların dayandığı yerə girməzdi, qoxu tamaşaçıya və salona gedər deyə qarşısı alınırdı. Buna görə sarımsaq yeməyi unutdum, dadını unutdum. Yemədiyim üçün bir özəlliyi qalmadı".

İndiyə qədər bir çox serial, film, teatr layihəsində çıxış edən aktrisa "İndiyə qədər heç bir öpüşmə səhnəm olmayıb. Çox nümunə göstərilmirəm" deyə bildirib. 

Qeyd edəkin ki, həyat yoldaşı Zafer Çikanı bir yol qəzasında itirən və dərin acı yaşayan Demet Akbağ, ərinin vəfatından sonra ekranlardan və səhnələrdən uzaq qalmağı üstün tutmuşdu.