17 Noyabr 2019
16 Noyabr 2019
Palata ötən ay 5 mindən çox sorğuya cavab verib
Palata ötən ay 5 mindən çox sorğuya cavab verib İQTİSADİYYAT 17:02 2019-11-01

Bu ilin oktyabr ayında Maliyyə Bazarlarına Nəzarət Palatası Çağrı Mərkəzi vasitəsi ilə, təxminən, 3 000, elektron və kağız daşıyıcılarında 2 000, sosial şəbəkələr üzərindən isə 180-dən çox sorğu qəbul edib və cavablandırıb.

Unikal.org xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bununla yanaşı, media qurumlardan da 40-ya yaxın sorğu qəbul olunub və cavablandırılıb.

“Palata fəaliyyəti barədə məlumatların daha böyük miqyasda və daha geniş auditoriyaya çatdırılması məqsədilə “Facebook”, “Youtube”, “Twitter”, “Linkedin” kimi sosial media kanallarında aktiv təmsil olunur, rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyətə açıqlanan zəruri məlumatları, mövcud vakansiyaları sosial şəbəkələrdə yerləşdirir, bu kanallar vasitəsilə müraciətlərin operativ şəkildə cavablandırılmasını təmin edir. 

Oktyabrda sosial şəbəkələrdə ümumilikdə görülən işləri özündə əks etdirən 170-dən çox status və tvit paylaşılıb, Palata ilə bağlı süjetlərin, müxtəlif proqram və verilişlərin, eləcə də maarifləndirici çarxların, animasiya filmlərinin paylaşıldığı “Youtube” kanalında 30-a yaxın video yerləşdirilib”, - deyə məlumatda qeyd olunub.