Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Samir Nuriyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edərək, onu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Unikal.org-un məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsi hazırda Anar Adil oğlu Quliyevə tapşırılıb. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2019-cu il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.