17 Noyabr 2019
16 Noyabr 2019
Bakıda qiymətlər artıb
Bakıda qiymətlər artıb İQTİSADİYYAT 12:00 2019-11-02

2019-cu ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,4 faiz artaraq 15019,9 milyon manat olub.

Unikal.org Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 6859,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,0 faiz artaraq 8160,1 milyon manata bərabər olmuşdur.

İstehlak məhsullarının 28,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 24,1 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.