Prezident İlham Əliyevin sərəncamı ilə Xaçmaz rayon icra hakimiyyəti başçısı vəzifəsindən çıxarılan Şəmsəddin Xanbabayev yeni vəzifəyə təyin edilib.

Unikal.org xəbər verir ki sabiq icra başçısı bundan sonra hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatına rəhbərlik edəcək. 

Qeyd edək ki, Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. O, 23 oktyabr 2004-cü ildən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı idi.