15 Noyabr 2019
Məşhur pambıqçı qadının evinə basqın oldu - ayaqlarını, ağzını....
Məşhur pambıqçı qadının evinə basqın oldu -ayaqlarını, ağzını.... KRİMİNAL 16:50 2019-11-02

Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanının evinə basqın olub.

Unikal.org-un məlumatına hadisə rayonun Qaratəpə kəndində baş verib. Belə ki, həmin kəndin sakini, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Sabirabad rayon Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynovanın yaşadığı evə 4 nəfər maskalı şəxs basqın edib.

Fatma Hüseynova APA-nın Mil-Muğan bürosuna bildirib ki, gecə saat 02.15 radələrində evə daxil olan maskalılar onun bacısı Tamam Hüseynovanın boynundan vuraraq, ayaqlarını, ağzını yapışdırıcı lentlə bağlatıblar. Daha sonra Fatma Hüseynovanın boynundan vuraraq, ona xəsarət yetiriblər.  Səsə gələn qardaşı Əlirza Hüseynov tüfənglə göyə atəş açdıqdan sonra maskalı şəxslər evi tərk ediblər.

Faklta bağlı Sabirabad Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, F.Hüseynova Azərbaycan SSR Ali Sovetinin (9-cu çağırış, 11-ci çağırış), SSRİ Ali Sovetinin (10-cu çağırış) deputatı olub. Fatma Hüseynova SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1981-ci il tarixli fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, 2 dəfə Şərəf Nişanı ordenləri, "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunub. 17 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sabirabad pambıqçıları, o cümlədən Fatma Hüseynova ilə görüşmüşdür.