Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri bəzi ərazilərdə yığılan yağış sularının çəkilməsi işini savam etdirir.

Unikal.org FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Binə ticarət mərkəzinin ərazisində yığılan yağış suyunun çəkilməsi işlərini davam etdirirlər.