Kürdəmir rayonunda yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, "Qaz-29" markalı minik avtomobili Toyota Prado" markalı minik avtomobilinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.