Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Unikal.org-un məlumatına görə, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

Paytaxt derbisində “Səbail”lə “Keşlə” görüşüb. Liderlərin iki ən yaxın izləyicisinin duelində qalib müəyyənləşməyib. Qolsuz heç-heçədən sonra “Səbail”in qələbəsiz, “Keşlə”nin məğlubiyyətsiz oyunlar seriyası 6-ya çatıb.

Qeyd edək ki, turun ilk günündə liderlərin iştirakı ilə keçirilən “Neftçi” – “Qarabağ” matçında qol vurulmayıb. Sabah daha iki görüş baş tutacaq. “Qəbələ” “Sabah”ı, “Zirə” “Sumqayıt”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
X tur
2 noyabr (şənbə)
“Səbail” – “Keşlə” – 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”, 16:00