Bərdə rayonunda "Amminal" partlayıcı vasitəsi partlayıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Arabaçılar kəndində qeydə alınıb.

Belə ki, partlayıcı vasitə olan "Amminal" ehtiyatsız davranma nəticəsində gəncin (şəxsiyyəti müəyyənləşdirilir -red) əlində partlayıb. Nəticədə o və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Aminal" partlayıcı vasitədir. Ondan qanunsuz ov zamanı istifadə olunur.