Xaçmazda bıçaqlanma faktı qeydə alınıb.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qədmalıqışlaq kəndində baş verib.

Kənd sakini, 1992-ci il təvəllüdlü Ağamirov Saleh Ənvər oğlu bıçaqlanıb. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ş.Ağamirov əməliyyat olunub və vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.