Siyəzən rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasıbaş verib.

Unikal.org xəbər verir ki, paytaxt istiqamətində hərəkətdə olan yük maşını Bakı-Quba yolunun 103-cü kilometrliyində idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı Qaradağ rayon sakini, 1997-ci il təvəllüdlü İnşallah Mirzə oğlu Məmmədov, Qəbələ rayon, Vəndam kənd sakini, 1989-cu il təvəllüdlü İsmayıl Dilavər oğlu Musayev müxtəlif xəsarətlər alıblar.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası göndərilib, yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.