Sumqayıtda yanacaq doldurma məntəqəsində baş vermiş yanğın söndürülüb.

Unikal.org xəbər verir ki, hadisə YDM ərazisindəki avtomobil ehtiyat hissələri mağazasında baş verib.

Yanğın nəticəsində 50 kv/m sahədə bütün yanar konstruksiyalar və yaxınlıqda olan "Mercedes" markalı avtomobil qismən yanıb.

Yanğının qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb və yanacaq çənlərinə keçməsinə imkan verilməyib.

***

Sumqayıt şəhərində yanacaq doldurma məntəqəsində (YDM) yanğın baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  hadisə 17-ci mikrorayon İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hadisə yerinə FHN-in 5 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər görülür.