Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, qəza şəhərin “Stansiya Sumqayıt” ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. "Mitsubishi" və "Ravon" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb 4 nəfər yaralanıb.

Ölənlər - 1997-ci il təvəllüdlü Babazadə Elşən Seymur oğlu  və 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğludur.

Yaralılar xəstəxanaya aparılıb, şəxsiyyətləri hələ ki, məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.