Ağdam rayonunda ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, rayon sakininin (şəxsiyyəti müəyyənləşdirilir-red) sürdüyü at arabası aşıb. Nəticədə arabanı idarə edən şəxs ağır xəsarətlər alaraq ölüb. Onun meyiti Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.