17 Noyabr 2019
16 Noyabr 2019
Azərbaycan gimnastları tarixi uğura imza atıblar
Azərbaycan gimnastları tarixi uğura imza atıblar İDMAN 23:57 2019-11-03

Azərbaycanın akrobatika gimnastları İsraildə keçirilən Avropa çempionatında tarixi uğura imza atıblar.

Unikal.org xəbər verir ki, gənclər yaş qrupunda kişi cütlüyü tərkibində mübarizə aparan Murad Rəfiyev və Daniel Abbasov dinamik hərəkətlər üzrə final yarışlarında bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu adını qazanıblar.

Cütlük daha öncə çoxnövçülükdə gümüş, balans hərəkətlərində isə bürünc medala sahib olublar.