Bakıda və bir sıra rayonlarda yanğın hadisəsi baş verib.

Unikal.org FHN-nin sayıtına istinadən xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda "Mitsubishi" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 180 m² olan mebel sexinin yanar konstruksiyaları 80 m² sahədə, dam örtüyü 60 m² sahədə və içərisində 5 ədəd dəzgah yanıb. Sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Göyçay rayonunun Qaraman kəndində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qusar rayonunun Köhnə Xudat kəndində 2 ton ot bağlamasının 1,2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağstafa rayonunun Qırılı kəndində ümumi sahəsi 10 m² olan qazanxananın içərisində 1 ədəd elektrik lövhəsi, kabeli 2 p.m və boruların üzərinə çəkilən üzlük 2 m² sahədə yanıb. Qazanxana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.