"ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı qətnaməsi qərəzli və ədalətsizdir".

 Bu fikirləri Unikal.org-a eksklüziv açıqlamasında sabiq Baş nazir, politoloq Novruz Məmmədov  bildirib.

"Son vaxtlar ABŞ-dan Türkiyəyə qarşı xüsusi bir mövqe formalaşıb və onu müəyyən formada  konqresdə nümayiş etdirdilər. Əlbəttə, bu ədalətsiz qərardır və düzgün mövqe deyil. Bu mövqe illərdir ki, gündəlikdə var idi. Müəyyən o qərəzləri və mənfi münasibəti göstərmək üçün konqresdə yığışıb belə münasibət bildirdilər. Türkiyənin özü də bu ədalətsiz qərara öz reaksiyasını açıq şəkildə söyləyib".

Orxan Həsənli