Milli Məclisin deputatı Aydın Mirzəzadə Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevə baş çəkib.

Unikal.org xəbər verir ki, bu barədə A.Mirzəzadə özü bildirib.

"İndicə Respublika Neyrocərrahiyyə Xəsəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevi yoxladım. İcazə alaraq reanimasiya şöbəsində onu gördüm, baş həkim, onu əməliyyat edən cərrah və reaminatoloqla onun vəziyyəti barədə söhbət etdim. Vəziyyəti ağır stabildir, dərin komadadır, intensiv müalicəsi gedir. Lazimi dərmanlar vurulur, müalicəsi ciddi nəzarətdədir. Ailəsinə və yaxın dostların onu görməyə icazə verilir, vəziyyəti və müalicənin gedişi barədə məlumatlandırılır. Allah şəfa versin", - A.Mirzəzadə əlavə edib.