"Haqsız yerə uşaqlarımı əlimdən alıb, məndən aliment tələb edir".

Unikal.org xəbər verir ki, bu sözləri Space Tv-də Amil Xəlilin «Olar? Olmaz!» verilişində özbəkistanlı Sevinc deyib. O və atası üsyan edərək, bəzi aidiyyatı qrumların saxtakarlığından danışıb. Sevincin atası Vaqif bəyin sözlərinə görə kürəkən hətta onu da məhkəməyə verib. "Mənə deyir ki, sənin evini təmir etdirmişəm. Güldüm keçdim. Bir də gördüm həqiqətən verib. Və məndən 25 min manat pul tələb edir".