Ötən günlərdə aparıcı Zaur Baxşəliyev “Bizimləsən” proqramında iki gəncin toyunu edib.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, verilişə gələn qonaqlar cütlüyə hədiyyələr gətirib.

Proqrama dəvət alan müğənni Zeynəb Həsəni isə ənamının avtomobildə olduğunu söyləyib. Zaur isə “Bəlkə boynundakını verəsən” deyə, ifaçının boyunbağısını gəlinə verməyini təklif edib. Zeynəb isə onun bu təklifini geri çevirməyib.

Ancaq sosial şəbəkədə yayılan bu kadrlar birmənalı qarşılanmayıb. İzləyicilər Zauru qınayaraq, onun zorla boyunbağını aldığını bildiriblər.

“Bəlkə, kiminsə yadigarıdır, Zaur düzgün etmədi”, “Özgə payından özünə dost qazanır”, “Bəlkə özünün deyildi” kimi rəylər yazıblar.