14 Noyabr 2019
13 Noyabr 2019
Bakı-Gəncə qatarının hərəkət cədvəli dəyişdirilir
Bakı-Gəncə qatarının hərəkət cədvəli dəyişdirilir CƏMİYYƏT 13:27 2019-11-04

Qış mövsümünə keçidlə əlaqədar noyabrın 12-dən Bakı-Gəncə-Bakı sürət elektrik qatarının hərəkət cədvəli dəyişdiriləcək. 

 Bu barədə Unikal.org-a Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. 

Məlumata görə,  gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC həmin istiqamətdə qatarların qrafikini yeniləyib. 702/701 nömrəli qatar Bakıdan saat 08:45-da yola düşəcək, saat 13:00-da Gəncəyə çatacaq. Gəncədən saat 17:00-da yola düşən qatar isə saat 21:15-də Bakıda olacaq.


  • Bakı-Gəncə qatarının hərəkət cədvəli dəyişdirilir