14 Noyabr 2019
13 Noyabr 2019
Bu təşəbbüsə Azərbaycan Kooperasiya Universiteti də qoşuldu - FOTO
Bu təşəbbüsə Azərbaycan Kooperasiya Universiteti də qoşuldu -FOTO CƏMİYYƏT 19:44 2019-11-04

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Azərbaycan Kooperasiya Universitetinin kollektivi də qoşulub.

Bu barədə Unikal.org-a universitetin mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov məlumat verib. O bildirib ki, universitetin 200-dək əməkdaşı bu təşəbbüsə qoşulmaq üçün müraciət edib. Əməkdaşlarla yanaşı, tələbələr də bu tədbirdə iştirak edəcəklər. Bu məqsədlə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə yaradılıb, rayonun ərazisində universitet üçün zolaq şəklində 600 metr ərazi ayrılması barədə razılıq əldə olunub. Tədbir başlanan gün həmin ərazidə ağacların əkilməsi işləri görüləcək.

Bir gündə 650 min ağac əkilməsi təşəbbüsünün həyata keçirilməsi yaşıllığın daha da artırılmasına, ekologiya və ətraf mühitin yaxşılaşdırılmasına böyük töhfə verəcək.