Hindistanın Uttar Pradeş əyalətində inanılmaz hadisə yaşanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 42 yaşlı Subhaş Yadav və dostu 2 min rupi (48 manat) qarşılığında 50 yumurta yemək yarışına girib. Lakin Yadav 42-ci yumurtanı yediyi zaman anidən özünü pis hiss edib.

Huşunu itirən kişi xəstəxanaya aparılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb. Həkimlər onun hədsiz proteyin qəbulu səbəbilə zəhərləndiyini bildiriblər.