20 Noyabr 2019
"ReAl Partiyası yeni qurultaya gedir"
"ReAl Partiyası yeni qurultaya gedir" CƏMİYYƏT 09:46 2019-11-05

"ReAl Məclisinin qərarına görə ReAl-ın hazırki idarəetmə qurumlarından ikisi (Məclis və İdarə Heyəti) buraxıldı. Partiya yeni qurultaya gedir. Qurultaya qədər partiyanı Sədr (təkbaşına) idarə edəcək. Yeni qurultayda yeni nizamnamə qəbul olunacaq".

Unikal.org xəbər verir ki, bu sözləri Erkin Qədirli sosial şəbəkədə yazıb.

O bildirib ki, partiyanın birinci qurultayında qəbul olunmuş nizamnamənin başlıca məqsədi riskləri azaltmaq, onları səmərəli idarə etmək olub:

"Həmin dönəmdə İlqar Məmmədov hələ həbsdə idi və nə zaman azadlığa çıxacağı bilinmirdi. İlqar Məmmədova qanunsuz və ədalətsiz olaraq verilmiş cəzanın müddəti başa çatana qədər ikinci qurultayın vaxtı gələcəkdi.

Bu gün İlqar Məmmədov azadlıqdadır, qarşıdan parlament seçkiləri gəlir. İndiki durumda partiyanın strategiyası riskləri azaltmaq deyil, uğur qazanmaq olmalıdır. Bu, daha çevik idarəetməni tələb edir.

ReAl-ın birinci qurultayında mən sədrin qurultay tərəfindən deyil, İdarə Heyəti tərəfindən seçilməsini təklif etdim, nizamnamənin layihəsinə qarşı çıxdım. O zaman təklifim keçmədi. İlqar Məmmədovun özü də sədrin qurultay tərəfindən seçilməsi təklifini dəstəkləmişdi. Bu gün İlqar Məmmədov fikrini dəyişdi. Onun yeni təklifi mənim o zamanki təklifimin eynisi olmasa da, sədrin qurultay tərəfindən birbaşa seçilməməsi məsələsində ona oxşardır. Sədr partiyanın ayrıca idarəetmə qurumu olmamalıdır. O, bərabərlər arasında birinci olmalıdır.