Türkiyənin Cənub sərhədlərində PYD/ PKK/ YPG və İŞİD tərəfindən yaradılmağa cəhd edilən "terror dəhlizi" planlarının pozulmasından sonra da terror təşkilatlarına qarşı əməliyyatlar davam edir.

Unikal.org Türkkiyə KİV-nə istinadən xəbər verir ki, Dənizli Təhlükəsizlik İdarəsi əməkdaşları Suriya əsilli  "D.E.H" kod adlı şəxsin şəhərdə olduğu məlumatını alıb.  İŞİD-in kəşfiyyatçısı kəşfiyyatçısı  olduğu deyilən Suriya əsilli şəxs Dənizli ərazisində yanında başqa bir şəxslə birlikdə saxlanılıb.  

İŞİD-çi terroristin Dənizlidə hadisə törətmək üçün gəldiyi bildirilib. Saxlanılan şəxslər polis bölməsində ifadəsi alındıqdan sonra məhkəməyə sövq edilib. Məhkəmə onlardan birinin həbsinə qərar verib. Digər saxlanılan şəxs isə şərti azadlığa buraxılıb.