Moskvada iş adamı Aleksey Boqatıryevi qarət edən dəstə ələ keçib.

Unikal.org xəbər verir ki, Rusiya mətbuatı xəbər verir ki, hadisə oktyabrın 16-da baş verib. Belə ki, yolda biznesmenin avtomobilinin qarşısını kəsən şəxslər A.Boqatıryevin maşınından 90 min dollara yaxın pulu götürüb və onu döyüblər. Bundan sonra dəstə üzvləri hadisə yerindən qaçıblar.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində dörd nəfərdən ibarət dəstə saxlanılıb. Dindirilmə zamanı onlardan birinin azərbaycanlı olduğu müəyyən edilib. 30 yaşlı Əli Şirinov Azərbaycanda doğulduğunu və bir müddət əvvəl Moskvaya gəldiyini bildirib.