Kürdəmirdə "Kamaz" "Vaz-2106" ilə toqquşub.

Unikal.org  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Karrar kəndində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini Abbasov İsa Köçəri oğlu idarə etdiyi "Vaz-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Ağsu rayon sakini Rüstəmov Famil Əjdər oğlunun idarə etdiyi "Kamaz" markalı yük avtomobilinə çırpılıb.

Hadisə zamanı "Kamaz" və "Vaz-2106"nın sürücüləri və minik avtomobilində olan sərnişin Məmmədova Zenfira Köçəri qız xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.