17 Noyabr 2019
16 Noyabr 2019
Bu tarixdən İran uranın zənginləşdirilməsinə BAŞLAYACAQ
Bu tarixdən İran uranın zənginləşdirilməsinəBAŞLAYACAQ DÜNYA 23:43 2019-11-05

İran noyabrın 6-dan etibarən Fordoda yerləşən obyektdə uranın zənginləşdirilməsinə başlayacaq.

Unikal.org RİA Novostiyə istinadla xəbər verir ki, bunu Tehran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

O bildirib ki, Fordodakı obyektdə uran 5 faizlə zənginləşdiriləcək.

Qeyd edək ki, bundan əvvəl İran prezidenti noyabrın 6-dan etibarən Rəsmi Tehranın dördüncü dəfə nüvə sazişi üzrə öhdəlikləri yerinə yetirməkdən imtina edəcəyini və Fordodakı müəssisədə uranı qazla təmin etmək üçün sentrifuqalardan istifadə etməyə başlayacağını açıqlamışdı.