Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org  apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Təbriz küçəsində baş verib.

“Opel” markalı minik maşını sərnişinsiz dayanıqlı vəziyyətdə olan 8 saylı şəhərarası marşrut xətti üzrə işləyən sərnişin avtobusuna  çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı bir nəfərin - 1964-cü il təvəllüdlü, minik maşınının sürücüsü Məmmədov Vəli Əziz oğlunun xəsarətinin ciddi olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.