Türkiyədə oğurluqda şübhəli bilinən Azərbaycanlı qadın saxlanılıb.

Unikal.org xəbər verir ki, qadının İstanbul Arnavutköydəki bir iş yerindən 2 ədəd mobil telefonu cibgirlik üsuluyla oğurladığı iddia edilir.

İş yeri sahibi itmiş mobil telefonlarla bağlı polisə məlumat verib.

Təhlükəsixzlik kamerasını izləyən polis əməkdaşları əslən Bakıdan olan 37 yaşlı Zoya.K adlı qadının yaşadığı evə gedərək onu tutublar.

Məhkəməyə sövq edilən qadını şərti azadlığa buraxılıb.