07 Dekabr 2019
06 Dekabr 2019
Kürdəmirdə “Zobu” ləqəbli oğru tutuldu
Kürdəmirdə “Zobu” ləqəbli oğru tutuldu KRİMİNAL 14:18 2019-11-06

Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Xırdapay kəndi ərazisində tikinti işləri aparan MMC-lərdən birinə məxsus ümumi dəyəri 2350 manat olan tikinti avadanlıqlarının binanın zirzəmisindən oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Unikal.org-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin  əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Xırdapay kənd sakini, əvvəllər Rusiya Federasiyasında sifarişli qətldə iştirakçı olduğu üçün 11 il azadlıqdan məhrum edilən, "Zobu" ləqəbli 40 yaşlı Zahid Süleymanov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi  cinayət əməlini etiraf edib, oğurladığı avadanlıqların bir qismi ondan maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq Z.Süleymanovun yaşadığı mənzilə baxış keçirilib. Bu zaman oradan ümumi çəkisi 4,5 qram olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.