Avcılarda iş yerlərinin birindən pul oğurladığı iddia edilən qadın ətrafdakılar tərəfindən tutulub. Bu zaman qadın onlara soyunaraq reaksiya verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, iki qadın  piştaxtaya yaxınlaşaraq alış-veriş etdikdən sonra aldıqlarından imtina ediblər. Elə həmin vaxt onlar kassadan pul oğurlamağı bacarıblar.  
İş yeri sahibi kassadakı pulun əskik oluğunu görən zaman polisə məumat verib və  qadının arxasınca qaçıb. Qadın haqqındakı ittihamı eşidəndə pulun onda olmadığını bildirərək dərhal soyunmağa başlayıb. Hadisə də bundan sonra baş verib. 

Polis qadına geyinməyi tələb etsə də o deyilənləri qulaqardına vurub. İş yeri sahibi bu mənzərəni  görən kimi şikayətindən imtina edib.