22 Noyabr 2019
Ayaqqabısının içindən görün nə çıxdı - FOTO
Ayaqqabısının içindən görün nə çıxdı -FOTO HADİSƏ 16:04 2019-11-06

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarəti zamanı özünü şübhəli apardığı üçün saxlanılıb və yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabının tərliklərinin altından hər birində 2 ədəd olmaqla ümumilikdə, 4 ədəd bağlamada ümumi çəkisi 206 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


  • Ayaqqabısının içindən görün nə çıxdı -FOTO