Ekologiya və Təbii Sərvətlər Nazirliyində Fransanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros ilə görüş keçirilib.

Unikal.org xəbər verir ki, Görüşdə Azərbaycan və Fransa arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və gələcək perspektivlər müzakirə olunub.