Gəncədə bədbəxt hadisə baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Krılov küçəsində qeydə alınıb.

Şəhər sakini, 1988-ci il təvəllüdlü Natiq Əliyev sözügedən küçədə yıxılaraq kanalizasiya quyusuna düşüb və xəsarət alıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, N.Əliyevin vəziyyəti orta ağır olaraq.qalır.

Qeyd edək ķi, hadisə baş verən ərazidə su-kanalizasiya xətlərinin çəkilişi ilə bağlı bir müddətdir təmir-tikinti işləri gedir.