06 Dekabr 2019
05 Dekabr 2019
Mehriban Əliyeva neftçiləri təbrik etdi - FOTO
Mehriban Əliyeva neftçiləri təbrik etdi- FOTO SİYASƏT 09:28 2019-11-07

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində ölkə neftçilərini təbrik edib.

Unikal.org-un məlumatına görə, Birinci vitse-prezidentin paylaşımında deyilir:

"Bu gün əfsanəvi "Neft Daşları"nın 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!"


  • Mehriban Əliyeva neftçiləri təbrik etdi- FOTO