14 Noyabr 2019
13 Noyabr 2019
Bakıda axtarışda olan iki nəfər saxlanıldı
Bakıda axtarışda olan iki nəfər saxlanıldı HADİSƏ 11:19 2019-11-07

Bakıda axtarışda olan iki şəxs saxlanılıb.

Unikal.org-un xəbərinə görə, hadisə Sabunçu və Nərimanov rayon ərazilərində baş verib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü İ.Həsənov tutulub.

Bundan başqa, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1991-ci il təvəllüdlü S.Kərimov müyəyyən edilərək saxlanılıb.

Hər iki şəxslə bağlı araşdırma aparılır.