07 Dekabr 2019
06 Dekabr 2019
Bakının kanalizasiya sistemi təkmilləşdiriləcək
Bakının kanalizasiya sistemi təkmilləşdiriləcək CƏMİYYƏT 11:56 2019-11-07

“Bakının mərkəzini bəzən yağış suları basır, buna səbəb kanalizasiya xətlərinə atılan tullantılardır”.

Unikal.org xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib.

“Kanalizasiya xətlərinə bazarlardan və ticarət mərkəzlərindən artıq tullantılar atılır. Yağıntının həcmi böyük olanda isə xətlər suyu daşıya bilmir. Kanalizasiya xətləri mütəmadi olaraq təmizlənir. Bununla belə, bir sıra ərazilərdə yağış barmaqlıqlarınin sayının artırılması nəzərdə tutulur. Həmçinin, gələn ildən Bakının kanalizasiya sistemnin təkmilləşdirilməsi ilə bağlı layihə icra ediləcək”, - deyə o, qeyd edib.