Bu gün Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Unikal.org xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da A qrupunda növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Kiprdə APOEL-lə qarşılaşıb. Matçda hesabı Ağdam klubu açıb. Amma meydan sahibləri ikinci hissədə iki qol vurmaqla əzmkar qələbəyə seviniblər.

Qrupun digər oyununda “Sevilya” səfərdə “Düdelanj”ln qonağı olub və darmadağınla qalib gəlib.