17 Noyabr 2019
16 Noyabr 2019
Məşhur yazıçının əri intihar etdi - FOTO
Məşhur yazıçının əri intihar etdi -FOTO MƏDƏNİYYƏT-ŞOU 22:40 2019-11-07

Məşhur yazıçı Sereay Şahinlərin əri İbrahim Özkan məhkəmə binasında intihar edib.

Unikal.org xəbər verir ki, 35 yaşlı kişi içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün mühakimə edilib və ona 4 ay 5 gün həbs cəzası verilib. Lakin məhkəmə hökmün icrasını təxirə salıb. Buna baxmayaraq, İbrahim özünü ədliyyə binasının 7-ci mərtəbəsindən atıb.

Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Özkanın intihar səbəbi isə bilinmir.

Yaşanan hadisə binada böyük panikaya yol açıb. Orada olan qadınlardan bəziləri gördükləri mənzərə qarşısında huşunu itirib.


  • Məşhur yazıçının əri intihar etdi -FOTO