17 Noyabr 2019
16 Noyabr 2019
Hacıqabuldakı qəzada ər və arvad xəsarət aldı
Hacıqabuldakı qəzada ər və arvadxəsarət aldı HADİSƏ 09:05 2019-11-08

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində “Hyundai” və “Mercedes” markalı avtomobillər toqquşub. 

Nəticədə “Mercedes”in sürücüsü, Bakı sakini, 1961-ci il təvəllüdlü İbrahimov Sabiq İbrahim oğlu və onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Əliyeva Fiqurə Xanəli qızı müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.